<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Minnətdaram Ataya İsa Məsih adıyla,
 Xilas edib həyatımı əzablı çarmıxıyla.
 Gənc yaşımdan sevərək götürüb Öz qoynuna,
 Bunun üçün ömrüm boyu minnətdaram mən Ona .

[C1]
   Böyük məhəbbət ilə İsa sevir hamını,
   Bizi xilas etməkçün tökübdür Öz Qanını.
   Dostum, eşit İsanın məhəbbətli səsini,
   Xilaskar qarşısında aç sən öz ürəyini.

[V2]
 İnan ki, O bağışlar bütün günahlarını,
 Və Həyat kitabına yazar sənin adını.
 Ey dost, bu xoşbəxtliyi anlamaqçün sən tələs,
 İndi çağırır səni məhəbbət dolu bu səs!</lyrics>
<title>Minnətdaram Ataya İsa Məsih adıyla İL73</title>
<hymn_number>73</hymn_number>
</song>